» » Nuru Paşanın yüzbaşı rütbəsi verdiyi Dağlı Musanın “Vikipediya”da məqaləsi yaradılıb

Nuru Paşanın yüzbaşı rütbəsi verdiyi Dağlı Musanın “Vikipediya”da məqaləsi yaradılıb

  • 14-11-2017, 15:52
  • Gundem
  • 150
Nuru Paşanın yüzbaşı rütbəsi verdiyi Dağlı Musanın “Vikipediya”da məqaləsi yaradılıb

Azərbaycanca “Vikipediya”da 1918-ci ildə Bakının erməni–daşnaklarından azad edilməsində göstərdiyi igidliyə görə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa tərəfindən yüzbaşı (leytenant) rütbəsi verilmiş (Dağlı) Musa Ələsgərovun məqaləsi yaradılıb.

Məqalə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) keçirdiyi “Vikipediya” təliminin iştirakçısı tərəfindən hazırlanıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalə ilə https://az.wikipedia.org/wiki/Musa keçiddə tanış olmaq olar.

Dağlı Musanın Böyük Zirə (Nargin) adasında əsir saxlanılan türk əsgərlərinə göstərdiyi kömək onun ən böyük xidmətlərindən biridir. O, başqa qoçular və Bakının imkanlı şəxsləri ilə birgə türk əsirlərini adadan qaçıraraq Türkiyəyə yola salıb.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31