» » Veteranlarımızı tanıyaq

Veteranlarımızı tanıyaq

Veteranlarımızı tanıyaq
Ləj kəndinin qarabağ uğrunda gedən döyşlərdə iştirakedən veteranlardan biri də, Qasımov Mais Ağəli oğludur. Qasımov Mais Ağəli oğlu 1973- cü ildə Lənkəran rayon Ləj kəndində anadan olmuşdur. O, 1979-cı ildə Ləj kənd 8 llik məktəbnə daxil olmuş və 1986-cı ildə oranı bitirmişdir. Qasımov Mais 1986-cı ildəLənkıran Texniki Peşə məktəbinə daxil olmuş və 1989-cu ildə oranı bitirərək” çlingər” peşəsinə yiyələnmişdir. Qasımov Mais Ağəli oğlu 1991--ci ildə Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün cəbhəyə yollandı. Məlumdur ki, belə bir gündə vətəni dar gündə qoya bilməzdi. Qasımov Mais Ağəli oğlu 1992-ci ildə Laçın və Qubadlı rayonları uğrunda gedən qızğın döyüşlərdə yaxından iştirak etmişdir. O, sıravi döyüşçü olmasına baxmayaraq, düşmənə inadla muqavimət göstərir və öz mubarizəsini davam etdirirdi.
Qasımov Mais Ağəli oğlu Güləbird kəndi və Laçın dəhlizi uğrunda gedən ağır döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərərək düşmən qüvvələrini susdurmuşdur.

Veteranlarımızı tanıyaq




Ləj kəndinin Qarabağ veteranlarından biri də Quliyev İmran Qurban oğludur. Quliyev İmran Qurban oğlu 4 May 1974-ci ildə Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur. O, 1981-ci ildə Ləj kənd məktəbinin I sinifinə getmiş və 1992-ci ilin May ayında orta təhsilini başa vurmuşdur. Orta məktəbi bitirdiyi dövrdə mənfur qarabağ muharibəs başladı. Ermənilərin torpaqlarımıza vəhşicəsinə soxulduğunu görən İmran buna biganə qala bilmədi və vətənin keşiyində durmaq üçün hərbi xidmətə yollandı.
Hərbi xidmətə gedən kimi o vətən uğrunda qızğın döyüşlərə gimişdir. Quliyev İmran Beyləqn və Füzuli uğrunda gedən qızğın döyüşlərdə iştirak edərək torpaqlarımızı erməni qansızlarından şərəflə qorumuşdur. Döyüşdüyü hərbi batalyonda, . topçu” vəzifəsini daşımış və düşmənlərin ağır tenikalarını sərrast atəşlə vuraraq onları sıradan çıxarmışdır. Keçdyi ağır döyüşlərdə İmrn neçə-neçə düşmən tanklarını məhv edərək yararsız hala salmış və onların hərəkətlərini zəiflətmişdir. Bu da hərbi birləşmələrimizə vaxt qazandırmış və düşmənə yeni həmlələr etməyə şərait yaratmıdır. Şərəfli bir hərbi döyüş yolu keçən Quliyev İmran Qurban oğlu 1997-ci il 31 Yanvarda hərbi xidməti başa vurmuş və” qarabağ veteranı” statusunu almışdır

Akşin Mistanlı
Tarixçi-araşdırmaçı
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930