» » Binəli Yıldırım: Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun önəmli bir hissəsidir

Binəli Yıldırım: Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun önəmli bir hissəsidir

Binəli Yıldırım: Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun önəmli bir hissəsidir

"Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyada sülh, qardaşlıq və əmin-amanlığa mühüm töhfə verəcək".

Djb.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırımın Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılış mərasiminin iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir.

Baş nazir bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycanın birgə fəaliyyətinin məhsulu olan bu layihə sadəcə ölkələrimiz arasında əməkdaşlığı göstərmir, eyni zamanda, Çindən başlayıb Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Türkiyə vasitəsilə Avropaya uzanan tarixi İpək Yolunun da önəmli bir hissəsini təşkil edir.

"2004-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazirliyi dönəmində Azərbaycan, Gürcüstan və Türkiyə arasında bir fikir layihəsi olaraq ölkə nazirləri ilə başladığımız çalışmalar 2008-ci ildə Qarsda üç ölkənin liderinin iştirakı ilə təməlatma səviyyəsinə gələrək, önəmli bir mərhələ qət etmişdir. Bu illər ərzində bir çox çətinliklərin yaşanmasına baxmayaraq, hər üç ölkənin lideri heç bir zaman dəstəyini əsirgəməmiş və nəhayət, layihə xoşbəxt sonluğa çatmışdır.

Layihənin ilk dövrlərindən məsələnin içində olan biri kimi, bu illərdə birgə çalışdığımız dostlarıma, xüsusi ilə də Ziya Məmmədov, Cavid Qurbanov, Əhməd Aslan olmaqla əməyi keçən hər kəsə təşəkkür edirəm. Təşəkkür həm də bu layihənin həyata keçirilməsində daima dəstək olan İlham Əliyev, Giorgi Kvirikaşvili və Rəcəb Tayyib Ərdoğana düşür", - deyə B.Yıldırım bildirib
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031