» » Azərbaycanda ən yaxşı DJ müəyyənləşdi

Azərbaycanda ən yaxşı DJ müəyyənləşdi

Azərbaycanda ən yaxşı DJ müəyyənləşdi

Bakıda 2017-ci ilin Red Bull 3Style Azərbaycan finalının qalibi müəyyən olunub. 5 gənc DJ arasındakı maraqlı döyüş nəticəsində DJ Tim (Teymur Qasımov) qalib olub.

Oxu.Az xəbər verir ki, o, Azərbaycanı Dünya Finalında təmsil etmək üçün Polşanın Krakov şəhərinə yollanacaq.

Qələbədən sonra DJ Tim deyib: “Altı ildir ki, mən heç bir DJ yarışmasında iştirak etmirəm. Bu il müsabiqəyə qoşulmağa qərar verdim. Sözün düzü, yarışmaya uzun müddətdir hazırlaşıram, əvvəlki illərin dünya qaliblərinin setlərinə qulaq asırdım, özümü qələbəyə kökləyirdim. Cümə günü ad günüm idi və indi qələbədən sonra onu qeyd edəcəm”.

Bu il iştirakçılar arasında peşəkar DJ-lərlə bərabər (DJ Tim və DJ J-Watt), yarışmaya ilk dəfə qoşulan gənc DJ-lər də öz bacarıqlarını göstərib (DJ Shadow, DJ Farra, DJ OsM).

İştirakçıların hər biri ən azı üç müxtəlif musiqi üslubunun miksindən ibarət olan 15 dəqiqəlik set təqdim ediblər.

İkinci yerin sahibi olan DJ J-Watt-ın çıxışı həm tədbirdə iştirak edən, həm də tədbirin canlı yayımını dünyanın müxtəlif nöqtələrindən izləyən tamaşaçılar tərəfindən yüksək səviyyədə qiymətləndirilib. Üçüncü yerə isə DJ Farra layiq görülüb.

Xatırladaq ki, iştirakçıları üç münsifdən ibarət olan heyət qiymətləndirib. Onlar musiqi industriyasının peşəkar xadimləri - Çilidən gələn DJ Byte, kanadalı DJ Hedspin və azərbaycanlı DJ Twistdir.

Bakıda artıq altıncı dəfədir ki, milli final yarışmaları və 2014-cü ildə Red Bull 3Style Dünya Finalı keçirilib.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31