» » DİQQƏT... DİQQƏT... HƏR BİR KƏSİN NƏZƏRİNƏ ERMƏNİLƏRƏ KARABAKH. TODAY SAYTININ BAĞLANMASININ SEVİNCİN YAŞATMAYAQ

DİQQƏT... DİQQƏT... HƏR BİR KƏSİN NƏZƏRİNƏ ERMƏNİLƏRƏ KARABAKH. TODAY SAYTININ BAĞLANMASININ SEVİNCİN YAŞATMAYAQ

  • 29-10-2017, 16:38
  • Gundem
  • 232
DİQQƏT... DİQQƏT... HƏR BİR KƏSİN NƏZƏRİNƏ ERMƏNİLƏRƏ KARABAKH. TODAY SAYTININ BAĞLANMASININ SEVİNCİN YAŞATMAYAQ
Dəyərli dostlarım bacı və qardaşlarım. Üzümü hər birinizə tutaraq deyirəm hər birimiz əlimizdən gələni etməliyik ki, Karabakh.Today saytı bağlanmasın. Bu addımı biz nə bu saytın yaradıcısına görə, nə də dostluq naminə etmirik. Amma etməliyikdə, hər birimiz bilirik ki, bu gün maliyyələşmədən bir kollektivi, işi yürütmək çox çətindir. Amma buna baxmayaraq öz işini sevənlər, əsl profesionalları heç vaxt madiyyat düşündürməyib. Zaur Qəriboğlu da öz gücünə 5 il əzab əziyyətlədə olsa qurucusu olduğu saytın sayəsində düşmənlərlə sözüylə,qələmiylə mübarizə aparır. Bu bir savaşdır Ermənilərə bu sevinci yaşatmamalıyıq. Qanında canında Vətən eşqi olan hər kəs bu aksiyaya qoşulsun. Kim istəyir rəhbərlik etsin pul yığılsın amma bu sayt bağlanmasın. Ermənilər bu saytın büdrəməsini neçə illərdir gözləyir. Gəlin birləşəyin bu bizim Vətəndaşlıq borcumuzdur. Kimin nəyə gücü çatırsa köməklik edək.
Hanı xeyriyyə tədbirləri edənlər, QHT-lərını , Cəmiyyət sədrləri sizdən cavab gözləyirəm.
Zaur Cabiroğlunun bu misraların oxuduqdan sonra onun səsinə səs verməmək, kömək etməyən insan nə dövlətinə nə də Vətəninə sədaqətdən söz aça bilər.
Zaur Qəriboğlunun sosial şəbəkədə yazdığı misraları oxucuların nəzərinə çatdırıram.
Bəli dostlar, çox heyif... təsəvvür edin, dişimlə, dırnağımla saxlamağa çalışdığım 5 dilli Karabakh.Today saytının da 11 noyabrdan fəaliyyətini dayandırmaq məcburiyyətində qalıram. Hansı ki, ermənilər o adla youtubda kanal yaradıblar ki, çaşqınlıq olsun. Amma daha gücüm çatmır. Ayın 11 də domenlərin və hostingin vaxtıdır, mənim də yeniləmək imkanım yox, nə də dilənəcək halım... ona görə də dayandıracağam. Əminəm ki, 12 noyabr artıq ermənilər həmin domenləri alacaqlar. Qoy alsınlar, necə deyərlər, yemiyənin payını yeyərlər.
P.S. Mən inanıram ki,mütləq səsimizə səs verəcək insanlar olacaq. Noyabr ayının ilk günlərində artıq Karabakh. Today öz fəaliyyətini yenədə davam etdirəcək.

Almaz İlahə Əhmədova
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031