» » Ləj kəndinin Qarabağ Şəhidləri

Ləj kəndinin Qarabağ Şəhidləri

  • 27-10-2017, 09:32
  • Gundem
  • 673
Ləj kəndinin Qarabağ Şəhidləri
Vətənimiz Azərbaycan bu gün dünyada demokratik,suveren və hüquqi bir dövlətdir.Əlbətdəki bu müstəqilliyi qazanmaq asan olmamışdır.Beləki,hər xalqın tarixində müstəqillik və azadlıq uğrunda mubarizələr aparılmış və bu mubarizələrdə şəhidlər verilmişdir.Deməli müstəqillik qurbanlar hesabına olur.Elə Azərbaycan xalqı da bu yolda çoxlu şəhidlər vermişdir.Demək olar ki,Azərbaycanıçızın hər şəhərində ,hər kəndindəki məzarlıqlarda onun azadlığı uğrunda şəhid olmuş oğlanları yatır.Xalqımız ,bu gün sabnitliyin höküm sürdüyü bir ölkədə yaşayırsa ,buna görə məhz bu şəhidlərə borcludur.Çünki,onlar öz vətəninin müstəqilliyi,azadlığı və ərazi bütövlüyü uğrunda öz canlarından keçmişlər.Biz həmişə onları yad etməliyik.Çünki,şəhidlik müqəddəs bir zirvədir və bu zirvə qarşısında baş əyirəm.Azərbaycanın hər bölgəsi həm dövlət müstəqilliyi uğrunda,həm də əraazi bütövlüyü uğrunda gedən mubarizədə öz igid oğlanlarını itirmişdir.Cənub bölgəsi də çoxlu şəhid vermişdir.Belə yerlərdən biri də Lənkəran rayonunun Ləj kəndidir.Ləj kəndi Lənkəran şəhərindən 6km məsafədə,rayonun qərb (dağlara tərəf) olan hissəsində yerləşir.Kəndin tarixi qədim olmasa da bu kənnddən çoxlu ziyalılar çıxmışdır.Ləj kəndinin kiçik olmasına baxmayaraq burada 10-a yaxın veteran və iki milli qəhrəman-şəhid var.Onlar vətənimizin dar günlərində silaha sarılmış və vətənimizin ərazi bütövlüyü uğrunda mubarizədə şəhid olmuşlar.Ləj kəndində bu iki şəhidin adı əbədiləşdirilmişdir.Ləj camaatı ,bu iki şəhidi heç bir zaman unutmur.Bu şəhidlərdən biri Qarabağ muharibəsindəı şəhid olmuş Natiq Kərbalayi Şirəli oğlu Aslanovdur,ikincisi isə Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Əsgər Ələkbər oğlu Əliyevdir. Aslanov Natiq Kərbəlayi Şirəli oğlu 1973-cü il İyun ayını 14-də Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur.o,1979-cu ildə Ləj kənd səkkiz illik natamam orta məkəbin I sinifinə daxil olub və 1987-ci ildə oranı bitirib.Aslanov Natiq Lənkəran şəhər 34-saylı Texniki Peşə Məktəbində ?ilingər sənətinə yiyələnib.14- iyun 1992-ci ildə həqiqi hərbi xidmətə çağrılaraq Bakı Hərbi Polis Alayında xidmət etmişdir.Natiq Aslaanov polis alayında olarkən vətən torpaqlarının vəhşi və qani?ən erməni cəlladları tərəfindən necə işğal edilib şəhər və kəndlərimizə od vurduğu xəbərini televziya vasitəsi ilə eşidirdi.Elə buna görə də o,bu musibətlərə biganə qala bilməzdi.,,Vətən eşqi hər eşqdən əzidir,, deyə Natiq həmişə deyərdi.odur ki, o, silaha sarılıb vətəninin müdafiəsinə qaldı.Natiq Aslanovun keçdiyi şanlı döyüş yolu Ağdamdan başlamış və sonradan Laçın və Füzuli cəbhəsinə qədər uzanmışdır.Ağdam cəbhəsində olduğu zaman Natiq Aslanov düşmənə sinə gərərək rəşadətlə vuruşmuşdur.Natiq Aslanov Ağdam uğrunda gedən döyüşlərdə qəhramanlıq göstərir və düşmənə layiqli cavab verird.O qızğın döyüşlərdə öz ən yaxın silah yoldaşlarını itrir və onların vətən yolunda qəhrəmancasına ölmələrinə şahid olurdu.Sonra isə düşməni geri püsgürdən ordumuzun tərkibində N.Aslanov Laçın cəbhəsinə yollanır və orada da Laçın dəhlizini düşməndən qorumaq üçün qızğın döyüşlərə girir.1993-cü ldə füzuli cəbhəsinə yollanır.Füzuldə Horadiz ,Bəhmənli və digər 22 kəndləri uğrunda gedən qızğın döyüşlərdə düşməni layiqincə yerinə oturtduqdan sonra işğal olunmuş kəndlərimi düşməndən geri almağa müvəffəq olurlar. Füzuli rayonunun kəndləri urunda gedən qızğın döyüşlərdə Natiq Aslanov xüsusi şücaət göstərir və döyüş meydanında yaralanmış və şəhid olmuş silahdaşalrının nəşini güllələrin altından çəkib çığarırdı. Natiq Aslanov sanki ölümdən qorxmur və düşmənin həmləsnə sinə gərirdi.
Lakin 1993-cü il avqustun 24-də Füzuli rayonunun Bəhmənli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.Allah rəhmət etsin! Bu gün biz Natiq Aslanov kimi mərd oğullarımızın qəhrəmanlığı örnək almalıyıq,çünki o,əsl vətən övladıdır.O,ölsədə,ruhu daim qəlbimizdədir.N.Aslaanovun adının əbədiləşdirilməsi üçün ümummilliliderimiz H.Əliyevin fərmanı ilə Natiq Kərbəlayi şirəli oğlu Aslanovun oxuduğu doğma Ləj kənd məktəbini onun adını daşıyır.Ləj kənd orta məktəbin həyətində onun xatirə büstü,məktəbin içərisində isə onun xatirə steenti yaradılıb.Şəhid Natiq Aslanovun bacısı oğlu Pərviz Şaliyev qeyd edir:
Dayım N.atiq Aslanov gəncliyində çox gözəl əl qabiliyyətinə malik idi.Beləki o,ağacdan müxtəlif cür fiqurla ,və ya bəzək əşyaları və ya kənd təsərüfatı alətləri düzəldirdi.Bundan başqa dayım çox gözəl fofoqraf idi.o zamanlar ,,smena,, tipli fotoaparatlar dəbdə olduğundan şəkilləri onunla çəkir ,gecələsə onları xüsusi ustalıqla çıxarırd.Bütün bunlar N.Aslanovun geniş bir qəlbə sahib olduğunu göstərir.Xalqımız heç bir zaman Natiq Aslanovu unutmayacaq.
Ləj kəndinin digər şəhidi də Əliyev Əsgər Ələkbər oğludur.Əliyev Əsgər Ələkbər oğlu 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləy kəndində anadan olub. 1982-ci ildə birinci sinifə gedib, 1989-cu ildə səkkizinci sinifi əla qiymətlərlə bitirib. O, 1990-cı ildən təhsilini Haftoni qəsəbə orta məktəbində davam etdirir. 1992-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vurub, Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakultəsinin tələbəsi olur. O, dərslərini həvəslə oxuyur, komandirlərinin tapşırıqlarını sözsüz yerinə yetirirdi. Əsgər Əliyev yüksək döyüş və siyasi hazırlığa malik bir kursant kimi hamının hörmətini qazanmışdı.
Təhsilini xarici ölkələrin birində davam etdirərək general olmaq arzusuyla yaşayırdı. Məlum mart hadisələri onun arzusunu ürəyində qoydu.
17 mart 1995-ci ildə bir qrup vəzifə hərisi silahlanaraq hakimiyyəti zorla devirmək üçün dövlət çevrilişinə əl atdı. İqtidar bu qarşıdurmanın sülh yolu ilə nizama salınması üçün danışıqlar aparmağı təklif etdi. Lakin qarşı tərəf bu müdrik çağırışa məhəl qoymadı, nəticədə qan töküldü. Milli Ordunun əsgərləri silahlı dəstənin qarşısını almaq üçün əmr gözləyirdi. Əsgər Əliyev də onların arasında idi. O, son nəfəsinədək dövlətçiliyimizi müdafiə etdi. Ayağından yaralanmasına baxmayaraq, kursant Əsgər Əliyev dörd yaralını güllə yağışı altından çıxarmağa müvəffəq oldu. Axırıncı yaralını xilas etmək istəyərkən ikinci güllə Əsgər Əliyevin cavan əmrinə son qoydu.
Subay idi.Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.Ləy kənd qəbristanlığında dəfn edilib.
Lənkəran rayonunda adına park var. Büstü qoyulmuş, xatirə lövhəsi vurulmuşdur. Haftoni qəsəbə orta məktəbində “ Xatirə güşəsi” yaradılıb.
İllər keçsədə Ləj kəndi sakinləri bu iki igid oğlunu heç vaxt unutmur.Beləki,Ləj kəndi İcra Nümayəndəsinin və rayon rəhbərliyinin təşəbbüsü ilə ,hər il Aslanov Natiq Kərbalayi Şirəli oğlunun və Əliyev Əsgər Ələkbər oğlunun ildönümü münasibəti ilə rayon tədbiri keçirilir və bu tədbirlərdə bu iki şəhidin abidəsi önünə əklil qoyulur və yad edilir.Biz hamımız bu günkü azad və firavan və sabitlik bir ölkədə yaşamağımızı bu cür şəhidlərə borcluyuq.Xalqımız onları heç zaman unutmayacaq.

Ləj kəndinin Qarabağ Şəhidləri


Aqşin Mistanlı(Əliyev)
Tədqiqatçı Tarixçi

Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930