» » Qazaxıstan prezidenti Azərbaycana səfərə gələcək

Qazaxıstan prezidenti Azərbaycana səfərə gələcək

  • 25-10-2017, 11:56
  • Gundem
  • 185
Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın sonunda Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə Report.az diplomatik mənbələrə istinadən məlumat verir.

Məlumata əsasən, N.Nazarbayev oktyabrın 30-də Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu şəbəkələrini birləşdirəcək nəqliyyat dəhlizidir.

Xəbər verildiyi kimi, açılışda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın baş naziri Georgi Kvirikaşvili da iştirak edəcək.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031