» » Osakücə Mir Şərif ocağı

Osakücə Mir Şərif ocağı

  • 15-10-2017, 12:36
  • Gundem
  • 495
Osakücə Mir Şərif ocağı
Vətənimiz Azərbaycan öz hər qarış torpağı ilə böyük bir mədəniyyəti özündə yaşadır.Yurdumuzun hər qarış torpağında pirlər,ocaqlar,nekropollar,dolmenlər,kromlexlər ,daş-qutu qəbirləri və qədim qəbirsanlıqlar vardır ki, bu abidələrin hər birində böyük tarix həkk olunmuşdur.Yurdumuzun hər bölgəsi belə abidələrlə zəngindir.Belə bölgələrdən biri də cənub bölgəsidir.Cənub bölgəsində Lənkəran rayonu bu sahədə öncüllük təşkil edir.Lerik rayonunun Orand və Cəngəmiran kəndlərindəki son tədqiqatlardan qayıdan kimi Lənkəranın Osakücə kəndindəki tələbə yoldaşım və tarix müəllimi Firavan müəllimdən onların kəndində də müqəddəs bir ocağın olmasıl haqda mıəlumat aldım.Elə bir gün sonra Lənkəranın Osakücə kəndinə yollandım.Orada məni qarşılayan Firavan müəllim məni o,ocağa apardı.Ocaq Osakücə kəndində,?ox səfalı bir meşəlik ərazidə yerləşir.Ora daxil olan kimi məni heyrət bürüdü və donub yerimdə qaldım.Elə bilki hansısa bir nurlu qüvvə bədənimə girib mənim ruhumu pak etdi.Bu meşəlikdə kəndin öz yeni məzarları ilə bərabər qədim məzarlar da var idi.Burada ağacların altında müxtəlif tipli qəbir daşlarına rast gəlmək olurdu.Buradakı qəbirləri öz xüsusiyyətinə görə 5 qrupa bölmək olar.
1.Hündürlüyü 10sm olan və üzərində heç bir işarə və yazı olmayan qəbir daşları.
2.Hündürlüyü 20sm olan və üzərində heç bir yazı vəı işarə olmayan və qiblə istiqamətdə olan qəbir daşları.
3.Hündürlüyü 30 sm olan və üzərində heç bir işarə və yazı olmayan və qiblə istiqamətində olan qəbir daşları.
4.Hündürlüyü 40 sm olan və üzərində heç bir yazı və işarə olmayan və qiblə istiqamətində yerləşən qəbir daşları.
5.Hündürlüyü 50sm olan və üzərində ərəb yazısı olan və qiblə istiqamətindəki müsəlman qəbir daşları.
Beləki burada yerləşən qəbir daşları öz dəfnetmə xüsusiyyətlərinə görə demək olar ki,eyni qəbildəndir.Bu ,onların hamısının qiblə istiqamətində dəfn olunmasında özünü göstərir.
Məni müşayət edən Firavan müəllim və kənd sakini Əvəz müəllimin dediklərinə görə bu qəbirsanlıqda Mir Şərif adlı müqəddəs bir seyyid dəfn olunub.Onların dediklərinə görə bu ocağa Azərbaycanın hər yerindən camaat axışaraq gəlib bu ağanın qəbrini ziyarət edirlər.Bundan əlavə onlar qeyd edirlərki,bu ocağın həyətindəki taxtadan tikilmiş katejdə buraya niyyət edib gələn insanlar öz niyyətlərinə uyğun olaraq ehsanb verirlər.Sonra isə onlar məni qəbirsanlığın həyətindəki Mir Şərif Türbəsinə gətirdilər.Mən də i?əri girib öz ziyarətimi edib niyət eylədim.??nki bu t?rbədən öncə Lerik rayonunda tədqiqatlardan dolayı bərk soyuqlanıb xəstələnmişdim və ona görədə bu müqəddəs ağanın cəddindən şəfa dilədim.Elə bir az keşməmişdiki mən özümdə ?ox g??l? bir dəyişiklik hiss etdim.Beləki bayaqdan ağrıyan canımdan bir əsər əlamət qalmadı.Sapa-sağlam oldum.Əlbətdəki bu ağanın cəddinin gücü idi.
Sonra isə bu ağanın şəcərəsi haqda dərindən məlumat almaq ??ün kənd məni müşaiyət edənlərlə birlikdə Mir Şərif Ağanın nəticəsi Telnaz Kazımovanın evinə yollandıq.Orda bizi nurani bir qadın qarşıladı.Bu Mir Şərif ağanın nəticəsi Telnaz Kazımova idi.O,bizi çox gözəl qarşıladı.Onun dediklərinə görə onun ulu babası olan Seyid Şərif ağa Mədinə seyidlərindən olub.O qeyd edir ki,seyid Şərif ağa VI imam Cəfər Sadiqin nəslindəndir.O,vaxtlar təqiblərə məruz qalmış imam övladları xilafətin hər yerinə səpələnmişdir.Seyid Şərifin babası da ağır seyid olmuş və o lerikin ,,xəlifə kujə,, kəndinə gəlib orada məskən salmışdır.Orada ömrünü başa vurmuşdur və onun məzarı müqəddəs bir ocağa çevrilmiş və zaman-zaman insanlar tərəfindən ziyarət edilmişdir.Xəlifə kujə kəndində yerləşən bu ocaq ,,qara sap ocağı,, (talışca-Siyo toğ ocağı) adlanır.Telnaz Kazımovanın dediklərinə görə o zamanlar talış xanıl Seyid Şərifin Lerikin xəlifə kujə kəndində yaşayan babasına arabalarla dolu ,,beytül-mal,, göndərmişdir.Lakin sonralar talış xanı Qara xan onlara Lənkəranın Tükəvilə kəndində iqta ayırır və onları gətirib bu kənddə yerləşdirir.Seyid Şəfinin yoldaşı Əsli xanım xəstə olmuşdur və onu seyid Şərifə ərə verirlər.Seyid şərifin Əsli xanımdan 6 oğlu olub.İki oğlu həşim və sadiq ikicinci dünya muharibəsində həlak olublar.Mehdi adlı oğlu xəstələnərək vəfat etmişdir.Sonrakı oğlanları isə son dövürlərdə vəfat etmişlər.Onun böyük oğlu Miri və axırıncı oğlu isə Mirmustafa Lənkəranda yaşayıb.sonra Osakücə kəndinə gələrkən orada yeri əkin üçün şumlamışlar və bu zaman yer çox yumuşaq olduğundan bu yerə talışca ,,pambə hi,,(pambıq bağı ) demişlər.Telnaz Kazımovanın dediklərinə görə o zaman kənd camaatı Aşura axşamı imam ehsanı vermək ???n qazanlarla dolu yeməkləri məscidə aparanda Mir Şərif ağanı da dəvət etmişlər.Bu zaman Mir Şərif ağa da gedib və orada məscidə gedən yolda taxta körpünün yanında qoz ağacı kötüyü üstündə əyləşir.Camaat isə ehsanla dolu qazanı taxta körpü ilə çayın o tərəfinə ke?irən zaman xan gəlir və əlində bir bardaq su ilə ağaya xoş gəldin deyir.Bu zaman ağa papağı çıxarır və bunu görən xan arxadan onun hörüklərinə su tökən zaman ağanın hörüyü yerə tərəf sallanır və xan ağanın ətəklərindən yapışıb yalvarır və deyir: ağa cəddinə qurban olum,bütün mahal yanır və quraqlıq hər tərəfi bürüyüb ,yağış istəyirik sənin cəddindən.Ağa xana deyir: ,, xan ,sən məni indi sınayırsan,, deyə əlini hörüyünə atıb dua oxuyan kimi tufan qopur və qısa bir zamanda ətrafı sel basır və qazanları çayın o biri sahilinə ke?irə bilmirlər.Xan kərbəladan gələndə ağa üçün bir çuxa gətirir.Xan gələn kimi tonqal qalatdırır və digər xanları da dəvət edir.Burada bir dana kəsdirir.Orada hamının yanında çuxanı ağaya geyindirir.O çuxa çox parıldayır.Bunu görən xanın cavan oğlu atasına deyir ki,sən niyə belə gözəl çuxanı o seyidə bağışladın və o ,ona layiq deyil deyir.O əgər həqiqətən seyiddirsə öz seyidliyini sübut etsin.Bu zaman bunu eşidən ağa ətəyini açır və xanın oğluna deyir: ,, tonqaldakı közdən tök ətəyimə,, .Xanın oğlu da taxta lapatkayla tonqaldakı közdən tökür onun ətəyinə.Lakin hamı heyrətində donub qalır.Çünki bu közlər ağanın ətəyini zərrə qədər yandırmır.Lakin xanın oğlu isə sonralar xəstələnib vəfat edir.Beləki Mir Şərif Mir Məhəmmd oğlu kənddə və bölgədə böyük hörmətə malik olmuşdur.Mir Şərif ağanın seyidliyinə sübut kimi deyə bilərəm ki, hələ Səfəvilər dövründə Səfəvi şahı I Abbas tərəfindən ,şahın öz möhürü ilə onların cəddini sübut edən yazılı şəcərə kağızı vardır.Bu şəcərə sənədi bu günkü günə qədər onların evinə qorunub saxlanılır.Belə ki,Mir Şərif ağa .qapısına gələn hər kəsə köməklik göstərmişdir.Mir Şərif ağa 110 yaşında vəfat etmişdir.Məzarı da osakücə kəndindəki Mir Şərif ocağında yerləşən türbədədir.Hal-hazırda Mir şərif ağanın yaşadığı evin küçəsini onun adına verilərək bu ağanın adının əbədiləşdirilməsi ???n m?əyyən tədbirlər görülür.Ümid edirəm ki,Osakücə kəndindəki aidiyyatı qurumlar bu işdə öz köməkliklərini göstərəcəklər.İnşallah Osakücə kənd sakinləri kəndin k??ələrinin biri olan Mir Şərif ağa adlı bir küçədə qürurla yeriyəcəklər.

Aqşin Mistanlı (Əliyev)
Tədqiqatçı tarixçi

Osakücə Mir Şərif ocağı
Osakücə Mir Şərif ocağı
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930