» » Şəhid Rəşad Cəfərzadənin anım günü keçirildi

Şəhid Rəşad Cəfərzadənin anım günü keçirildi

  • 15-10-2017, 11:49
  • Gundem
  • 136
Şəhid Rəşad Cəfərzadənin anım günü keçirildi

14 oktyabr tarixində, Binəqədi rayonundakı 99 saylı tam orta məktəbdə Şəhid Rəşad Cəfərzadənin doğum günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Şəhidin doğmalarından xalası Mahirə xanım, dayısı Mahir dayı, qohumları, Şəhid ailələri, məktəblilər, gənclər, Qarabağ qaziləri, Şəhidin əsgər dostları, Şəhidi tanıyanlar, yazarlar, jurnalistlər iştirak etmişdirlər. Təqdirə layiq o idi ki, tədbirdə gənclər daha fəal iştirak edirdilər. Gənclərimizin, məktəblilərimizin Şəhidlərimizə olan dərin hörmətini, məhəbbətini bir daha əyani şəkildə gördük, həm qürur duyduq, həm də, çox kövrəldik.
Məktəbin direktoru Ofeliya xanıma tədbirin təşkilinə görə təşəkkür edirəm. Tədbirdən sonra Şəhid Rəşadın məzarı böyük izdihamla ziyarət edilib. Cəmi Şəhidlərimizin ruhu şad olsun. Hər birimiz şəhid adı qarşısında baş əyirik ümid ediri ki, onların qanları yerdə qalmayacaq. Bir gün onların məzarların ziyarət edərkən deyəcəyik, rahat yat şəhidim torpaqlarımız vandallardan azad oldu.
P.S. Talehləri yazan yazmış hər kəs ona yazlan ömrü yaşayır Şəhidimiz Rəşadında talehinə çox erkən yaşlarından valideyinlərin itirmək yazılıbmışdır. Onu və bacısın xalası böyütmüşdür. Çox tez ata, ana qayğısından məhrum olan Rəşadın belə tez haqq dünyasına qovuşmağı da var imiş. Allah sənə rəhmət etsin şəhidim.

Ravin Həsənov
Şəhid Rəşad Cəfərzadənin anım günü keçirildi
Şəhid Rəşad Cəfərzadənin anım günü keçirildi
Şəhid Rəşad Cəfərzadənin anım günü keçirildi
Şəhid Rəşad Cəfərzadənin anım günü keçirildi
Şəhid Rəşad Cəfərzadənin anım günü keçirildi
Şəhid Rəşad Cəfərzadənin anım günü keçirildi
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031