» » “Aşura günü qanun çərçivəsində keçirilir” - Mübariz Qurbanlı

“Aşura günü qanun çərçivəsində keçirilir” - Mübariz Qurbanlı

“Aşura günü qanun çərçivəsində keçirilir” - Mübariz Qurbanlı


“Artıq Azərbaycanda Aşura günü qanvermə aksiyası bir çox qonşu ölkələrdə də nümunə kimi istifdə edilir”.

Djb.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Aşura günü münasibəti ilə “Təzəpir” məscidində qanvermə aksiyasında iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədri deyib ki, əvvəllər Azərbaycana məscidlərdə Aşura günü bədənə xəsarət yetirməklə qançıxarma ənənələri olub:

“Bu, arzuedilməz, yolverilməz idi. Artıq Azərbaycanda bunun əvəzinə kütləvi olaraq ehtiyacı olanlara könüllü qanvermə ənənəsi formalaşıb. Aşura günü mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun və qanun çərçivəsində keçirilir. Əgər kiçik xətalar varsa, bu da ümumi işin pozulmasına heç bir təsir göstərmir”.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930