» » Seyidəpir ocağı

Seyidəpir ocağı

  • 19-09-2017, 10:57
  • Gundem
  • 523
Seyidəpir ocağı
Seyidəpir ocağı Lənkəran-Lerik şose yolunun 9km-də yolun sol tərəfində yerləşir. Bu ocaq 3 palıd və 4 nil ağaclarından ibarət kiçik meşə zolağının içərisində yerləşir.Seyidəpir ocağı haqqında tarixi mənbələrdə məlumat azdır.Lakin kənd sakinlərinin dediyinə görə bu ocaqın tarixi XVI əsrə gedib çıxır.Ocağın həyətində olan palıd ağaclarına yerli sakinlər tərəfindən parçalar bağlanmış və bu parçalara
insanlar öz dini inanclarına əsasən sitayiş edirlər.Orada yerləşən ocaqın içərisində bir qəbir var.Ocaq sahiblərinin dediklərinə görə orada dəfn olunan şəxs seyid olub,lakin adını kimsə bilmir.Ocağın içərisində bu qəbirdən başqa şiə imamlarının təsvirləri var.Yerli sakinlər Muhərrəm aylarında burada öz dini inanclarını yerinə yetirir və İmam Hüseyn tənziyyəsi qurur və ehsanat verir.Ehtimal ki burada dəfn
olunan şəxs şiə imamı Museyi-Kazımın nəslindəndir.Çünki ,bu ocağa yaxın məsafələrdə yerləşən digər türbələrdə də dəfn edilmiş müqəddəslər də məhz İmam Museyi Kazımın nəslindəndir.Buradan da belə bir fikir meydana çıxır ki, elə bu ocaqda da dəfn olunan şəxs ehtimal ki,o zamanlar təqiblərdən yaxa qurtarmaq üçün qaçıb buraya pənah gətirmişdir.Ocağın həyətindəki palıd ağaclarına yaylıq və ya digər ipək parçalarının bağlanılıb ibadət edilməsi isə islamaqədərki,yerli inancla bağlıdır.Bundan başqa Seyidəpir ocağının həyətində,cənub tərəfində islamaqədərki,dəfn adətlərini xatırladan çay daşlarından ibarət bir neçə qəbir daşları və qəbirlər var.Bu qəbirlərin üzərində heç bir yazının olmaması və bu qəbirlərdəki ölülərin qiblənin əksinə dəfn edilməsi onların islamaqədərki,dini
inanclarla bağlı olan insanların qəbirləri olduğunu göstərir.Bu tip qəbirlərə biz Bobgil qəbirsanləğında,Bobo Rəhmon qəbirsanlığında,Şağlaküçə İmamzadə türbəsində və Haftoni kurqanlarında rast gəlirik.Bütün bu tip qəbirlər eyni qəbildən olmaqla eyni inancın abidəsidir.Bundan əlavə yerli sakinlər qeyd edirlər ki bu ocağın meydana çıxması XVI əsrdən başlamışdır.Bu əsrlərə qədər isə gizli bir,,təkiyyə,, şəklində fəaliyyət göstərmişdir.Bu gün seyidəpir ocağı cənub bölgəsində ən müqəddəs ocaqlardan hesab olunur.Bu ocağa təkcə cənub bölgəsindən deyil,respublikamızın digər rayonlarından belə ziyarətə insanlar gəlirlər.Bu ocaq xalqımızın dini inanclarını əks etdirən müqəddəs ocaqlardan biri kimi qəbul edilmişdir.

Akin Əliyev
tarixçi-araşdırmaçı
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930