» » Şağlakücə İmamzadə türbəsi

Şağlakücə İmamzadə türbəsi

  • 16-09-2017, 17:37
  • Gundem
  • 389
Şağlakücə İmamzadə türbəsi

Vətənimiz Azərbaycanın hər qarışı bir tarixi memarlıq əsəri və qədim abidələrlə zəngindir.Demək olar ki,yurdumuzun hər qarış torpağı öz keçmişini və tarixini özündə əks etdirir.Belə abidələrən biri də Lənkəran rayonu Şağlakücə kəndi ərazisində yerləşən ,,İmamzadə türbəsi,,dir.Bu ocaq terbəsi Lənkəran-Lerik şose yolunun 9-cu km-də Şağlakücə kəndinin Talışlı kəndi ilə bitişdiyi ərazidə yerləşir.Bu türbənin dəqiq tarixi məlum deyil və bu barədə tarixi mənbələrdə heç bir söz açılmı.Bu türbə hündür bir təpənin üstündə yerləşir və bu təpənin başına çıxmaq üçün kubik mişar daşlarından səyyari qaydada pilləkan düzəldilib.Bu türbədən hal-hazırda heç bir əsər əlamət qalmayıb.yalnız təpənin cənub ətəyində islamdan qabakı qəbirlərə rast gəlmək olur.Bu qəbirlər qiblənin əks tərəfinə dəfn edilmiş və bu qəbirlərin üzərində yalnız çay daşlarını xatırladan daşlardan qəbir daşı qoyulmuş və üzərində heç bir yazı işarəsi yoxdur.Lakin kənd sakinlərinin dediyinə görə bu imamzadə türbəsinin yaşı orta əsrlərə gedib çıxır.Ama kimsə bu türbə kimin dəfn olunduğunu bilmir.Lakin mən orada araşdırma apararkən kənd sakini Aşur Mirzəyevlə bu barədə söhbət apardım və onun dediyinə görə bu t?rbə ?ox qədim bir türbədir və buranın sakinləri çox qədim dövürlərdən buranı ziyarətgah kimi qoruyurlar.Orada mövcud olan türbə dağılıb yoxa çıxdığından yerli camaat özü səyyari qaydada ağac dirəklərində müvəqqəti ocaq düzəltmiş və mühərrəm aylarında imam Hüseyn tənziyyə mərasimini burada qeyd etmişlər.Onun sözlərinə görə sovet dövründə bu təpənin üstündə elektrik cərəyan xətti çəkilişi başlanmışdər.Bu xəttin çəkilişinə yerli camaat etiraz etsədə sovetlər ruslar buna məhəl qoymamış və xəttin çəkilməsinə davam etmişlər.Lakin gözlənilmədən 2 traktorçu burada qəflətən dünyasını dəyişmişdir.Bunun səbəbi isə bu günə qədər sirr olaraq qalır.Lakin Sovet dövləti dağıldıqdan sonra ,müstəqillik dövründə,yəni yəni 2002-ci ildə kənd sakinləri səyyari qaydada bu türbənin şərq tərəfində ,kənd yolunun yanında yeni türbə tikmək istəmişlər,lakin sənədi olmadığına görə yerli orqan tərəfindən tikintisi dayandırılmışdır.Yenə həmən ildə ,yəni 2002-ci ildə kənd sakini Aşur Mərəyev türbənin şərq ətəyində tikinti aparmaq üçün yerin altında qədim kərpic qalıqlarına rast gəlmiş və bu minvallada qazıntını davam etmiş və qazıntı zamanı türbənin qalıqlarına rast gəlmişdir.Qazıntı zamanı Aşur kişi orada türbənin qapı fivarı hissəsini tapmışdır.Onun ddiyinə görə bu türbənin qalıqlarında islam rəmzi daşıyan böyük aypara təsviri Var idi.Lakin sonradan bu qalıqlar ovalanaraq yoxa çıxmışdır.Bütün bunlara nəzərən demək olar ki,burada ehtimal ki, bu türbə ilk əvvəl yerli sakinlərin islamaqədərki,ibadət etdikləri bir atəşgah olub və isllama qədər yerli əhali öz dini ayinlərini burada keçirmiş və əsrlər boyu ibadət etmişlər.Çünki bu türbənin cənub ətəklərindəki qiblənin əksinə olan qəbirlər bunu sübut edir.Lakin sonradan islam dini yayıldıqdam sonra buraya xilafətin digər əyalətlərində təqib olunan Ili təfədarları kimi imamı Museyi Kazımın nəslindən biri (adı məlum deyil) buraya pənah gətirmişdir.Təpənin ətrafı rütubətli və düzən olduğundan o bu təpənin üstündə qərar tutmuşdur.Elə o vaxtdan bu yer el arasında ,,İmamzadə kimi,, adlandırılmışdır.Burada dəfn ounan şəxsin Museyi Kazımın nəslindən olması fikri isə həqiqətdir.Çünki bu türbədən cəmi 40 1km aralıda yerləşən ,,seyidə pir ,,adlı pirdədə İmam Museyi Kazımın nəslindən olan bir seyidin dəfn olunduğunu qeyd edirlər.Bundan əlavə bu ərazidən 40 km aralıda,qərb istiqamətində ,dağlarda ,,Bobogil,, adlı türbədə Museyi Kazımın nəslindən olan Nizaməddin Kəsgəri dəfn olunmuş və bu yerdə böyük bir türbə sayılır.Buna istinadən demək olar ki bu hər üç türbə Şiə İmamı Museyi Kazın nəslindən olan seyidlərdir ki, Abbasilər xilafəti zamanında xilafətin mərkəzi vilayətlərindən təqiblərdən yaxa qurtarmaq üçün buraya pənah gətirmişlər.Ümumiyyətlə İmam Museyi Kazımın nəslinin üzüvlərinin böyük bir hissəsi məs Talış mahalına üz tutmuş və burada özlərinə qərar tapmışlar.Bu da yəqin ki,Allahın hökmü ilə olmuşdur.

Akşin Əliyev
Tarix-Tədqiqatçı

Şağlakücə İmamzadə türbəsi
Şağlakücə İmamzadə türbəsi
Şağlakücə İmamzadə türbəsi
Şağlakücə İmamzadə türbəsi
Şağlakücə İmamzadə türbəsi
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930