» » Bakıda 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib - FOTO

Bakıda 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib - FOTO

  • 11-09-2017, 16:10
  • Gundem
  • 102
Bakıda 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib - FOTO

Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib.

Oxu.Az-ın məlumatına görə, prezident İlham Əliyev məktəbin binasında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib.

Məktəb 1917-ci ildə təsis olunub və elə həmin ildən bu binada fəaliyyətə başlayıb.

Məktəbin binasında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Təhsil ocağının 41 sinif otağından və müxtəlif fənn kabinetlərindən ibarət üçmərtəbəli binasında yenidənqurma işləri qısa zamanda və müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə həyata keçirilib.

Dövlət başçısı sinif otaqlarında yaradılan şəraitlə tanış olub.

Prezident məktəbdə yaradılan “Eko sinif”lə də tanış olub. Belə siniflərin yaradılmasında məqsəd şagirdləri ekoloji cəhətdən maarifləndirmək, onların ətraf mühitin qorunması işində məsuliyyət hisslərini artırmaqdan ibarətdir. Təhsil ocağının gənclərin çağırışaqədər hazırlığı kabineti isə yüksək səviyyədə qurulub, lazımi ləvazimat və stendlərlə təmin olunub, burada mini kazarma yaradılıb.

Qeyd edək ki, 162 nömrəli məktəbdə tədris ikinövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1400-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur.

Fəaliyyət göstərdiyi illərdə bir sıra uğurlara imza atan bu təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb.

Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930