» » Zirəddin Rzayev Hippokrat və İbn Sina ordenləri aldı – FOTO

Zirəddin Rzayev Hippokrat və İbn Sina ordenləri aldı – FOTO

Zirəddin Rzayev Hippokrat və İbn Sina ordenləri aldı – FOTO

Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens, kliniki psixoloq Zirəddin Rzayev Moskvada Hippokrat və İbn Sina oredenləri ilə mükafatlandırılıb. İtaliyanın Pro Deo Universitetinin fəxri doktoru, komplimentar tibb professoru olan Zirəddin Rzayev "peşəsinə etibarına" görə Hippokrat Ordeninə, "səhiyyənin və tibb elminin inkişafına xidmətinə görə" İbn Sina ordeninə layiq görülüb. Mükafatların təsisçisi Beynəlxalq Səhiyyə və Tibb Elminin İnkişafı Akademiyasıdır.

Djb.az musavat.com-a istinadən xəbər verir ki, Hippokrat Ordeninin sahibləri Akademiyanın Ekspertlər Şurasına daxil edilir və onlar növbəti nominantları irəli sürmək hüququ qazanır.

Ordenləri Zirəddin Rzayevə Rusiya İcimai Mükafatlandırma Komitəsinin sədri, professor Nikalay Vasilyeviç Avdeyev təqdim edib. Professor Avdeyev Z.Rzayevi çağın böyük fenomeni adlandırıb: "Zirəddin Rzayev ekstrasensorik ilə bərabər təhsilə böyük önəm verən çağdaş dünyanın ən böyük fenomenlərindən biridir. Azərbaycanda aldığı iki ali təhsildən sonra o, Rusiyada Tibb Universitetinin Kliniki psixologiya fakültəsinin psixosomatik xəstəliklərin psixoterapiyası ixtisasına yiyələnib və indi Moskva klinikalarının birində öz ixtisası üzrə çalışır. Ümid edirəm ki, o fitri istedadı və çalışqanlığı ilə uzun illər insanlığa xidmət edəcək".
Zirəddin Rzayev Hippokrat və İbn Sina ordenləri aldı – FOTO
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031