Главная > dunya > Praqada Gürcüstan və Rusiya diplomatlarının görüşü keçiriləcək

Praqada Gürcüstan və Rusiya diplomatlarının görüşü keçiriləcək


7-02-2017, 01:45. Разместил: djbaz
Praqada Gürcüstan və Rusiya diplomatlarının görüşü keçiriləcək Çexiyanın paytaxtı Praqada Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında növbəti görüş keçiriləcək.

TASS agentliyindən verilən xəbərə görə, görüşdə hər iki ölkənin nəqliyyat idarələrinin nümayəndələri də iştirak edəcək.

2008-ci ilin sentyabrından, iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsindən sonra “Abaşidze-Karasin” formatı Gürcüstan və Rusiya rəsmilərinin yeganə birbaşa dialoq vasitəsidir.

Ənənəvi olaraq görüşlərdə ticarət, iqtisadiyyat, nəqliyyat və mədəniyyət məsələləri müzakirə edilir.
Вернуться назад