Главная > dunya > Macarıstanda cinsiyyət dəyişdirmək qadağan olundu

Macarıstanda cinsiyyət dəyişdirmək qadağan olundu


21-05-2020, 07:54. Разместил: djbaz

Macarıstanda transgender keçidinə yasaq qoymaq qərarına gəliblər. Ölkə parlamenti cinsiyyəti dəyişdirmək qadağası əks olunan qanun qəbul edib.

Macarıstanda transgenderlər bundan sonra pasportunda üçüncü cins mənsubiyyəti yazdıra bilməyəcəklər. Avropa dövlətinin Milli Məclisi bunu qadağan edib. Qanun layihəsinin lehinə 133, əleyhinə 57 deputat səs verib.

Baş nazir Viktor Orbanla yanaşı, bir çox siyasətçilər də hesab edir ki, üçüncü cins yazdırmaqla qarışıqlıq yaratmağa ehtiyac yoxdur. Yəni hər kəs fərdiliyini qoruya bilər, bir şərtlə ki, məsələ rəsmi sənədlərdə əksini tapmasın.

İndi qanun layihəsini prezident Yanoş Ader imzalamalıdır. Yerli hüquq müdafiəçiləri isə hadisələrin gedişi ilə razı deyil. Onlar qanun layihəsinin LGBT nümayəndələrinin diskriminasiyasına xidmət edəcəyini düşünürlər.

Bir müddət əvvəl Macarıstanın “Avroviziya” musiqi müsabiqəsində iştirakdan imtina etdiyi məlum olmuşdu. Bu, ölkədə homofob ovqatın artması fonunda baş vermişdi. //Konkret.az
Вернуться назад