Главная > dunya > Şimali Osetiyanın Səhiyyə naziri koronavirusa yoluxdu
Şimali Osetiyanın Səhiyyə naziri koronavirusa yoluxdu21-05-2020, 08:33. Разместил: djbaz |
Şimali Osetiyanın Səhiyyə naziri Tamerlan Qoqiçayev koronavirusa yoluxub. Bu barədə “RİA Novosti”yə qurumun Mətbuat Xidmətindən bildirilib. Agentliyin “Nazir Qoqiçayev həqiqətənmi koronavirusa yoluxub?” sualına cavab olaraq, Şimali Osetiyanın Səhiyyə Nazirliyindən müsbət cavab verilib. Qeyd edək ki, Şimali Osetiyada 2 387 yoluxma halı qeydə alınıb. Onlardan 1 164-ü sağalıb, 22-si həyatını itirib. Вернуться назад |