Главная > dunya > İtaliyada indiyədək 227 mindən çox insan koronavirusa yoluxub

İtaliyada indiyədək 227 mindən çox insan koronavirusa yoluxub


21-05-2020, 07:29. Разместил: djbaz

İtaliyada son sutka ərzində daha 665 nəfər koronavirus infeksiyasına yoluxub, bununla da virusa yoluxanların sayı 227 mini keçib.

Bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Məlumata görə, bu günədək ölkədə 227 364 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 161 nəfər artaraq ümumilikdə 32 330 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 132 282 xəstə sağalıb. //Apa.az
Вернуться назад