Главная > dunya > Təhsil ocaqları açıldı: 70 tələbə koronavirusa yoluxdu

Təhsil ocaqları açıldı: 70 tələbə koronavirusa yoluxdu


19-05-2020, 07:44. Разместил: djbaz

Karantin qaydalarının yumşaldıldığı Fransada 11 may tarixində məktəblərin və universitetlərin fəaliyyətinə icazə verilmişdi.

Djb.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə eyni anda 40 min təhsil ocağında tədris prosesi bərpa olunmuşdu. Fransada koronavirusa yoluxma hallarının azalmasına baxmayaraq, məktəblərin açılmasından sonra 70 tələbədə “Covid-19” aşkarlanıb.

Daha öncə də xəbər verdiyimiz kimi, sözü gedən ölkədə açılan məktəblərin fəaliyyəti yenidən məhdudlaşdırılıb. Sadəcə yoluxma halları az olan əyalətlərdə tədris prosesi davam etdirilir.
Вернуться назад