Главная > dunya > Almaniyada bir gündə 685 nəfər koronavirusa yoluxub, 139 nəfər ölüb

Almaniyada bir gündə 685 nəfər koronavirusa yoluxub, 139 nəfər ölüb


5-05-2020, 10:05. Разместил: djbaz
Almaniyada bir gündə 685 nəfər koronavirusa yoluxub, 139 nəfər ölüb

Almaniyada COVID-19 infeksiyasına yoluxanların sayı son sutkada 685 nəfər artıb, 139 nəfər isə bu virusdan ölüb.

Bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitut Səhiyyə Nazirliyinin strukturuna daxildir və ölkədə koronavirusa yoluxma hallarının statistikasını aparır.

Bütün epidemiya dövründə həkimlər ölkədə 163 860 nəfərdə yoluxma aşkar ediblər, 6831 nəfər isə virusun qurbanına çevrilib. Sağalanların sayı 135 min nəfərdir.

Ən çox yoluxma halları Bavariyada (43 162), Şimali Reyn-Vestfaliyada (33 728) və Baden-Vürtemberqdə (32 482) müşahidə edilib. Berlində isə 6042 yoluxma faktı qeydə alınıb. //TASS agentliyi


Вернуться назад