Главная > dunya > İtaliyada koronavirusa yoluxanların sayı 200 mini keçib

İtaliyada koronavirusa yoluxanların sayı 200 mini keçib


29-04-2020, 07:08. Разместил: djbaz

İtaliyada koronavirusa yoluxanların sayı son sutkada 2091 nəfər artaraq, epidemiyanın başlanğıcından bəri ümumilikdə 201 505 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Bir gün əvvəl 1739 yeni yoluxma qeydə alınıb ki, bu da martın 10-dan bu yana ən aşağı artım olub. Rekord 21 mart tarixində olub, həmin vaxt 6557 nəfər virusa yoluxmuşdu.

Son sutkada 2317 italiyalı sağalaraq xəstəxanaları tərk edib, bununla da ümumi sağalanların sayı 68 941-ə çatıb. Son bir gündə koronavirusa yoluxma səbəbindən ölənlərin sayı 382 nəfər artaraq, ümumilikdə 27 359 nəfərə çatıb.

Sağalanları və ölənləri nəzərə almadan virusa yoluxmuş insanların sayı azalmaqda davam edir – gün ərzində 608 nəfər. Hazırda 105 205 nəfər koronaviruslu xəstə var.

Reanimasiya şöbələrində və adi xəstəxanaya yerləşdirilən xəstələrin sayı da azalır. 630 yoluxmuş insan xəstəxanaları tərk edib, 93 xəstə isə reanimasiya şöbəsindən buraxılıb. Yoluxanların 79%-i ev şəraitindədir.
Вернуться назад