Главная > dunya > Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı


28-04-2020, 08:15. Разместил: djbaz
Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində son sutka ərzində daha 6 nəfər koronavirusa yoluxub, 81 pasiyent sağalıb, ölən yoxdur. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, virusa yoluxanlardan 3-ü xaricdən gələn şəxslər, 3-ü isə yerli sakindir (hamısı Heyluntszyan əyalətində).

Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 643 nəfər həyatını itirib, 84 341 yoluxma halı qeydə alınıb.


Вернуться назад