Главная > dunya > Moskvada daha 4 nəfər koronavirusdan dünyasını dəyişib
Moskvada daha 4 nəfər koronavirusdan dünyasını dəyişib31-03-2020, 08:59. Разместил: djbaz |
“Moskvada xroniki xəstəlikləri olan və koronavirusa yoluxduqları təsdiqlənmiş daha 4 nəfər ölüb”. APA TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla əlaqədar vəziyyətin monitorinqi və izlənməsi üzrə Əməliyyat Qərargahının rəsmi "Telegram" kanalında bildirilib. “Moskvada sətəlcəm diaqnozu qoyulan və koronavirus testlərinin cavabı müsbət olan 4 xəstə ölüb. 76-86 yaş aralığında olan xəstələrdə xroniki, xüsusilə ürək-damar xəstəliyi vardı”, - qərargahın məlumatında qeyd edilib. Eyni zamanda vurğulanıb ki, dünyasını dəyişmiş 4 xəstədə yoluxucu xəstəliklər - xroniki pielonefrit, bronxial astma, xroniki beyin işemiyası müşahidə edilib. Ölənlərdən ikisi şəkərli diabetdən əziyyət çəkirmiş. Xatırladaq ki, daha əvvəl Moskvada koronavirusdan ölənlərin sayı 7 nəfər idi. Вернуться назад |