Главная > dunya > Rusiyada yaşayış binasında güclü yanğın zamanı 6 nəfər ölüb

Rusiyada yaşayış binasında güclü yanğın zamanı 6 nəfər ölüb


27-03-2020, 10:51. Разместил: djbaz
Rusiyada yaşayış binasında güclü yanğın zamanı 6 nəfər ölüb

Rusiyanın Yekaterinburq şəhərində 2 mərtəbəli təkgirişli taxta binada güclü yanğın baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, yanğın zamanı 10 nəfər sərbəst şəkildə evi tərk edə biliblər.

Yanğın nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 6-sı ölüb.

Yanğının söndürülməsinə ümumilikdə 50 nəfər canlı qüvvə və 11 texnika cəlb olunub.


Вернуться назад