Главная > dunya > Çində koronavirusa yoluxanların sayı 17 205, ölənlərin sayı 361 nəfərə çatıb

Çində koronavirusa yoluxanların sayı 17 205, ölənlərin sayı 361 nəfərə çatıb


3-02-2020, 09:38. Разместил: djbaz
Çində koronavirusa yoluxanların sayı 17 205, ölənlərin sayı 361 nəfərə çatıb

Çində yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı 17 205 nəfərə çatıb, bu virus nəticəsində isə 361 insan ölüb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ÇXR-in Dövlət Səhiyyə Komitəsinin açıqlamasında deyilir.

“Yoluxan 17 205 insandan 296 nəfərinin vəziyyəti ağırdır, 475 xəstə sağalaraq xəstəxananı tərk edib, ölənlərin sayı isə 361 nəfərə çatıb. Ümumilikdə 21 558 yoluxma halı qeydə alınıb”, - deyə məlumatda qeyd olunur.

Açıqlamaya görə, təkcə bazar günü Çində 2829 yoluxma halı və 57 ölüm aktı qeydə alınıb: “Ümumi olaraq 189 583 insan xəstəliyin daşıyıcıları ilə sıx əlaqədə olub, onlardan 152 700 nəfəri tibbi nəzarət altındadır”.


Вернуться назад