Главная > dunya > Türkiyə təkrar Beynəlxalq Dənizçilik Təşkilatının Şura üzvlüyünə qəbul edilib

Türkiyə təkrar Beynəlxalq Dənizçilik Təşkilatının Şura üzvlüyünə qəbul edilib


30-11-2019, 11:02. Разместил: djbaz
Türkiyə təkrar Beynəlxalq Dənizçilik Təşkilatının Şura üzvlüyünə qəbul edilib

Londonda keçirilən Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) 31-ci Baş Katibliyinin toplantısı çərçivəsində Türkiyə bu qurumun Şura Üzvlüyünə təkrar seçilib.

Djb.az-in Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bununla da Türkiyə Birləşmiş Millətlər Təşkilatının dəniz təhlükəsizliyi, dəniz mühitinin qorunması və dəniz məsələləri üzrə ixtisaslaşmış qurumu olan IMO-da mövqeyini bir daha möhkəmlədib.

Qeyd edək ki, Türkiyə ilk dəfə 1999-cu ildən IMO-da Şuraya üzv seçilib. İki ildən bir Şura üzvlüyünə seçkilər təkrarlanır.
Вернуться назад