Главная > dunya > Fransada dəmir yolu stansiyasında şübhəli çanta aşkarlanıb, sərnişinlər təxliyə edilib

Fransada dəmir yolu stansiyasında şübhəli çanta aşkarlanıb, sərnişinlər təxliyə edilib


30-11-2019, 11:02. Разместил: djbaz
Fransada dəmir yolu stansiyasında şübhəli çanta aşkarlanıb, sərnişinlər təxliyə edilib

Parisin Şimal Stansiyasında (Gare du Nord) şübhəli bir çanta aşkarlanıb.

APA yerli “Le Figaro” nəşrinə istinadla xəbər verir ki, dərhal sərnişinlər ərazidən təxliyə edilib.

İnsanların təxliyə edilməsi təxminən 40 dəqiqə davam edib. Stansiyanın bir hissəsi bağlanılsa da, ümumilikdə fəaliyyəti davam edib. Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Fransada sözügedən hadisə cümə günü naməlum şəxsin London körpüsündə insanlara hücum etməsi ilə eyni vaxta təsadüf edib.
Вернуться назад