Главная > dunya > Suriyadan çıxarılan ABŞ qüvvələri İraqa yerləşdirilir
Suriyadan çıxarılan ABŞ qüvvələri İraqa yerləşdirilir21-10-2019, 09:24. Разместил: djbaz |
Rəsmi Vaşinqton Suriyanın şimal-şərqindən çıxardığı hərbiçilərini İraqa göndərməyi planlaşdırır. APA “voiceamerica”ya istinadla xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper bəyan edib. 700-dən çox hərbçidən söhbət getdiyini bildirən Esper onların İraqın cənubunda yerləşdiriləcəyini və İŞİD-ə qarşı mübarizəni davam etdiricəklərini vurğulayıb. Pentaqon lideri ABŞ-ın İraqdan Suriyaya mümükün antiterror reydlərini istisna etməyib. O bildirib ki, plan gələn bir neçə gün ərzində NATO ilə keçiriləcək yığıncaq zamanı müzakirə ediləcək. Müdafiə naziri deyib ki, əgər qüvvələr Suriyaya geri qaytarılsa, onlar ABŞ-ın hava qüvvələri tərəfindən müdafiə ediləcək. Вернуться назад |