Главная > dunya > Pens atəşkəs danışıqları üçün Türkiyəyə gedəcək

Pens atəşkəs danışıqları üçün Türkiyəyə gedəcək


16-10-2019, 09:44. Разместил: djbaz
Pens atəşkəs danışıqları üçün Türkiyəyə gedəcək

“ABŞ-ın vitse-prezidenti Mayk Pens Suriyanın şimal-şərqindəki kürd qüvvələri ilə Türkiyə ordusu arasında atəşkəs barədə danışıqlar aparmaq üçün 24 saat ərzində Türkiyəyə gedəcək”.

APA xəbər verir ki, bu barədə “France Presse” agentliyinə amerikalı rəsmi dairələrdən bildirilib.

“Birinci prioritetimiz atəşkəsə nail olmaq və vəziyyəti nəzarətə götürmək üçün diplomatiyamızı işə salmaqdır”, - deyə agentlik mənbənin sözlərindən sitat gətirib.

Qeyd olunur ki, Pensi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O'Brayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri müşayiət edəcək.
Вернуться назад