Главная > dunya > Ruhani: “ABŞ müzakirə aparmaq istəyirsə, sanksiyaları ləğv etməlidir”

Ruhani: “ABŞ müzakirə aparmaq istəyirsə, sanksiyaları ləğv etməlidir”


7-08-2019, 13:42. Разместил: djbaz
Ruhani: “ABŞ müzakirə aparmaq istəyirsə, sanksiyaları ləğv etməlidir”

İran Prezidenti Həsən Ruhani ölkəsinin Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüş zamanı H. Ruhani ABŞ-ın iranlı nazirə qarşı tətbiq etdiyi sanksiyanı pisləyib.

İran Prezidenti bildirib ki, Xarici İşlər naziri hansısa bir qrupun yox, İran xalqının nümayəndəsidir: “Əgər Cavad Zərif nazir olmasaydı, nüvə proqramı ilə bağlı danışıqlarda razılıq belə asan başa gəlməyəcəkdi”.

H. Ruhaninin sözlərinə görə, prezident seçkiləri zamanı irəli sürdüyü əsas şüarlardan biri dünya ölkələri ilə konstruktiv əməkdaşlıq olub və ilk gündən bu əməkdaşlığa üstünlük verilib.

O qeyd edib ki, əgər ABŞ müzakirə aparmaq istəyirsə, ilk olaraq sanksiyaları ləğv etməlidir.
Вернуться назад