Главная > dunya > Putin Əsədə təbrik məktubu göndərdi

Putin Əsədə təbrik məktubu göndərdi


22-07-2019, 09:23. Разместил: djbaz
Putin Əsədə təbrik məktubu göndərdi

Rusiya Prezidenti Vladimir Putin ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 75 illiyi münasibətilə Suriya Prezidenti Bəşər Əsədə təbrik məktubu göndərib.

Bu barədə RİA Novosti xəbər yayıb.

Putin Rusiya tərəfinin bundan sonra da Suriyanın suverenliyin qorunması, təhlükəsizliyinin təmin olunması və ölkənin bərpasında bu ölkə ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.
“Birgə səylərlə Suriyadakı terror qüvvələrinə qəti məğlubiyyət yaşadacağıq”, - deyə Putin bildirib.

TASS isə qeyd edir ki, Rusiya Federasiyası və Suriya Xarici İşlər nazirlikləri, həmçinin iki ölkənin baş nazirləri də bir-birilərini qarşılıqlı olaraq təbrik (virtualaz.org)
Вернуться назад