Главная > dunya > ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir Ankaraya gəlib
ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir Ankaraya gəlib11-07-2019, 14:15. Разместил: djbaz |
ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir bu gün Ankaraya gəlib. APA-nın yerli bürosunun xəbərinə görə, yeni səfir Devid Saterfild etimadnaməsini təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq. ABŞ-ın Türkiyədəki səfirliyinin rəsmi “Twitter” səhifəsində belə fikirlər paylaşılıb: “ABŞ-ın Ankara səfiri olaraq təyin olunmuş David M.Satterfieldin Ankaraya gəlməsindən məmnunlıq duyuruq”. Qeyd edək ki, 4 dil bilən, 64 yaşlı səfir Devid Satterfield ABŞ Xarici İşlər Nazirinin Yaxın Şərq işləri üzrə müavini vəzifəsində çalışıb. 2009-cu ilin iyul ayından 2017-ci ilin avqust ayınadək Sina yarımadasında çoxmillətli dövlətlərin direktoru vəzifəsində işləyib. O, Xarici İşlər Nazirliyi çərçivəsində İraq koordinatoru, məsləhətçi, Misir və Livanda səfir vəzifələrini icra edib. Xatırladaq ki, ABŞ-ın Türkiyədəki səfir postu 2017-ci ildən bu yana boş idi. Sonuncu səfir Con Bas 2014-2017-ci illərdə bu vəzifədə çalışıb. Вернуться назад |