Главная > dunya > Quaydo Maduro ilə görüşdən imtina edib

Quaydo Maduro ilə görüşdən imtina edib


27-05-2019, 09:30. Разместил: djbaz
Quaydo Maduro ilə görüşdən imtina edib
Venesuela müxalifətinin rəhbəri Xuan Quaydo Norveç hökumətinin vasitəçiliyi ilə ölkədə siyasi böhranın nizamlanması işlərində iştirak etdiyi bildirib.

ONA xəbər verir ki, bu barədə “El Nacional” portalı məlumat yayıb.

Onun sözlərinə görə, hazırkı görüşlər Venesuelada hakimiyyət dəyişikliyinə əsas yaratmalıdır. Quaydo, həmçinin bəyan edib ki, prezident Nikolas Maduro ilə danışıqlar aparmayacaq.

Quaydo, nizamlanmaya dair görüşlər bir nəticə verməyəcəyi təqdirdə müxalifətin Karakas küçələrində yenidən aksiyalara başlayacağını da əlavə edib.


Вернуться назад