Главная > dunya > Putin “Ölümsüz alay” barədə: Atam buna layiqdir

Putin “Ölümsüz alay” barədə: Atam buna layiqdir


13-05-2019, 11:53. Разместил: djbaz
Putin “Ölümsüz alay” barədə: Atam buna layiqdir
Mənim atamı götürək, 45-ci ildə Qırmızı Meydandan necə keçə bilərdi? Heç cür. O, bütün həyatı boyu axsadı və ayağında qəlpə ilə dünyadan köçüb getdi. Belə insanlar Qələbə paradında Qırmızı Meydandan keçə bilərdi? Yox. Ancaq məhz onlar, sadə əsgərlər qələbəyə nail olublar.

Djb.az-in Axar.az-a istinadən məlumatına gorə, bu sözləri “Ölümsüz alay” aksiyalarının əhəmiyyəti ilə bağlı danışarkən Rusiya Prezidenti Vladimir Putin deyib.


Putin ilk dəfə əlində atasının portreti ilə aksiyalarda iştirakının onda oyatdığı təəssüratdan danışıb:


“Bilirsiz nə düşündüm? O, bunu edə bilmədi, mən isə heç olmasa onun portretini daşıdım. O, buna layiqdi. Mənə elə gəlir ki, minlərlə, yüz minlərlə insan öz yaxınlarının portretləri ilə gedəndə məhz bu barədə düşünürlər”.

Вернуться назад