Главная > dunya > Türkiyə və ABŞ arasında fikir ayrılığı - S-400 müəmması

Türkiyə və ABŞ arasında fikir ayrılığı - S-400 müəmması


17-04-2019, 11:59. Разместил: djbaz
Türkiyə və ABŞ arasında fikir ayrılığı - S-400 müəmması
Rəsmi Vaşinqton və Ankara bu həftə keçirilən məsləhətləşmələr zamanı Rusiyanın S-400 zenit-raket sistemlərinin Türkiyəyə satışı ilə bağlı fikir ayrılıqlarını aradan qaldıra bilməyib.

Djb.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti bildirib.


Qəzeti bilgiləndirən rəsmi şəxslərin sözlərinə görə, ABŞ və Türkiyə Ankaranın Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərini alması planları ilə bağlı dalandan çıxa bilməyiblər.


Qeyd edilir ki, daha əvvəl ABŞ və Türkiyənin nümayəndələri mövzunu bu həftə Vaşinqtonda müzakirə ediblər. Məsələ o cümlədən ABŞ Prezidenti Donald Trampla Türkiyənin maliyyə naziri Berat Albayrakın görüşündə də diqqət mərkəzində olub.


Nəşr Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalının sözlərini sitat gətirib. İ.Kalın Amerika tərəfinin S-400 raketlərinin alınması ilə əlaqədar Ankaraya qarşı sanksiyalar tətbiq etməyəcəyinə ümid etdiyini bildirib.


Nəşr qeyd edib ki, Türkiyə çox güman ki, növbəti iki və ya üç ay ərzində S-400-ü almağa başlayacaq.
Вернуться назад