Главная > dunya > Venesuela parlamenti ölkədə fövqəladə vəziyyət elan edib

Venesuela parlamenti ölkədə fövqəladə vəziyyət elan edib


12-03-2019, 08:57. Разместил: djbaz
Venesuela parlamenti ölkədə fövqəladə vəziyyət elan edib

Venesuela Milli Assambleyası müxalifət lideri Xuan Quaydonun tələbi əsasında bazar ertəsi günü ölkə ərazisinin böyük hissəsində elektrik enerjisinin kəsilməsinə görə respublikada fövqəladə vəziyyət elan edib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

"Fövqəladə hal elektrik enerjisinin kəsilməsinə səbəb olan katastrofik vəziyyətlə əlaqədar bütün ölkə ərazisində elan edilir", - deyə birpalatalı parlamentin fərmanında bildirilir.
Вернуться назад