Главная > dunya > Moskva aeroportuna mina keçirməyə cəhd edən ABŞ diplomatı saxlanılıb
Moskva aeroportuna mina keçirməyə cəhd edən ABŞ diplomatı saxlanılıb9-03-2019, 19:15. Разместил: djbaz |
ABŞ səfirliyinin əməkdaşı Moskvanın "Şeremetyevo" hava limanına baqajda mina keçirməyə cəhd edib. Djb.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə yerinə çağırılan mütəxəssislər şübhəli əşyanın minomyot minası olduğunu təsdiqləyiblər. Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, diplomatik missiyanın əməkdaşı bunu şüurlu şəkildə edib. Nazirlik hadisəni təxribat cəhdi kimi qiymətləndirib. Xarici İşlər Nazirliyi həmçinin bəyanatında bildirib ki, məsələ ilə bağlı dərhal ABŞ səfirliyinə xəbərdarlıq ediblər və səfirlikdən rəsmi açıqlama gözləyirlər. Вернуться назад |