Главная > dunya > Zurabişvili prezident iqamətgahından imtina etdi - İşə piyada gedəcək

Zurabişvili prezident iqamətgahından imtina etdi - İşə piyada gedəcək


29-11-2018, 17:07. Разместил: djbaz
Gürcüstanın yeni prezidenti Salome Zurabişvili dəbdəbəli prezident iqamətgahında deyil, Tbilisidə Orbeliani sarayında işləyəcək.

Djb.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanda ötən gün keçirilmiş prezident seçkilərinin ikinci turunda səs çoxluğu ilə qalib gələn Salome Zurabişvilinin özü məlumat verib.

O, işə piyada getmək vəTbilisinin mərkəzindəki evində yaşamaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Avlabari iqamətgahı Gürcüstanın keçmiş prezidenti, siyasətçi Mixail Saakaşvilinin təşəbbüsü ilə tikilib. Binanın layihəsi Gürcüstanın memarı Georgi Batiaçviliyə məxsusdur. Prezident 1qamətgahının sahəsi 10 mindən çox kvadratmetrdir.

Orbeliani sarayı isə daha sadə dizayndadır. Lakin bu tarixi bina 17-ci əsrin əvvəllərində inşa edilib.

Xatırladaq ki, Salome Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da baş tutacaq.
Вернуться назад