Главная > dunya > Kaliforniyada yanğın qurbanlarının sayı 84 nəfərə çatıb

Kaliforniyada yanğın qurbanlarının sayı 84 nəfərə çatıb


21-11-2018, 08:35. Разместил: djbaz
ABŞ-ın Kaliforniya ştatının Byutt dairəsində tüğyan edən meşə yanğınları zamanı ölənlərin sayı 81 nəfərə çatıb.

Djb.az TASS-a istinadən xəbər verir ki, bu barədə TASS bildirib.

Məlumata görə, bununla da Kaliforniyada ölənlərin ümumi sayı 84 nəfərə çatıb. Ölənlərin şəxsiyyəti DNT analizləri ilə müəyyənləşdirilib.

Daha əvvəl ABC telekanalı Byuttun şerifi Kori Honeaya istinadən 699 nəfərin itkin düşdüyünü bildirib. Bundan əvvəl yanğınlar zamanı 1000-ə yaxın insanın itkin düşdüyü xəbər verilib.
Вернуться назад