Главная > dunya > Ermənistanın MTX sədri ailəsini ölkədən qaçırdı

Ermənistanın MTX sədri ailəsini ölkədən qaçırdı


28-09-2018, 14:21. Разместил: djbaz
Ermənistanın MTX sədri ailəsini ölkədən qaçırdı
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan qalmaqala səbəb olan telefon danışığının dinlənməsi hadisəsindən sonra ailəsinin təhlükəsizliyi ilə bağlı problemlərin yarandığını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə “İrates” yazıb.

“Məlum olub ki, Vanetsyan hökumət malikanəsinə köçüb, çünki özünün və ailəsinin həyatı təhlükə altında olub. Əslində isə bəzi məlumatlara görə, MTX sədri hələ bir neçə ay bundan əvvəl mövcud təhlükədən onları qorumaq üçün ailəsini ölkə hüdudlarından kənara çıxarıb. Bəzi yaxın çevrələrdə isə Vanetsyan ağır bir yükün altına girməsindən və bu yükün onun və ailəsinin başının ağrımasına səbəb ola biləcəyindən şikayətlənib”, - nəşr yazıb.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın Köçəryan, sabiq müdafiə naziri Mikael Arutyunyan və KTMT-nın hazırkı rəhbəri Yuri Xaçaturovun cinayət işi ilə bağlı müzakirə apardıqları telefon danışığının yayılması qalmaqala səbəb olmuşdu.
Вернуться назад