Главная > dunya > Gürcüstanın xarici ticarət dövriyyəsi 22%-dən çox artıb
Gürcüstanın xarici ticarət dövriyyəsi 22%-dən çox artıb14-05-2018, 12:51. Разместил: djbaz |
Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 3 mlrd. 786,2 mln. dollar təşkil edib. APA-nın yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadla verdiyi məlumata əsasən, bu, ötən ilin eyni göstəricisindən 22,2% çoxdur. Hesabat dövründə qonşu ölkənin ixracı 22% artaraq 961,4 mln. dollar, idxalı isə 22,3% artaraq 2 mlrd. 824,8 mln. dollar həcmində olub. Ticarət dövriyyəsinin kəsri isə 1 mlrd. 863,5 mln. dollar təşkil edib. Вернуться назад |