Главная > dunya > Saakaşvili Gürcüstana ekstradisiya oluna bilər

Saakaşvili Gürcüstana ekstradisiya oluna bilər


13-02-2018, 14:19. Разместил: djbaz
Saakaşvili Gürcüstana ekstradisiya oluna bilər
Gürcüstan ötən gün Ukraynadan deportasiya olunmuş keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin vətənə ekstradisiyası ilə bağlı Polşaya sorğu göndərməyə hazırlaşır.

Oxu.Az “Qruziya onlayn”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan deputatı Aleksandr Kantariya mətbuata açıqlama verib.

“Saakaşvili Polşada məskunlaşsa və orada yaşayış yerini dəyişsə, oraya da sorğu göndərəcəyik”, – deyə Kantariya bildirib.

Deputat Gürcüstan məhkəməsinin Saakaşvili barəsində hökm çıxardığını xatırladıb.

“O, şübhəli şəxs deyil, məhkəmə artıq baş tutub, hökm çıxarılıb və təbii ki, indi onu burada gözləyirlər”, – deyə deputat vurğulayıb.
Вернуться назад