Главная > dunya > Rusiya kosmik liderliyini ABŞ-ın bir özəl şirkətinə uduzdu

Rusiya kosmik liderliyini ABŞ-ın bir özəl şirkətinə uduzdu


8-02-2018, 16:18. Разместил: djbaz
Rusiya kosmik liderliyini ABŞ-ın bir özəl şirkətinə uduzdu
Rusiya Baş nazirinin 1-ci müavini İqov Şuvalov amerikalı innovator İlon İlon Maskın uğuruna münasibət bildirərkən deyib ki, rus xalqı daha istedadlıdır. Amma Rusiya tipli etatist anlayışın hakim olduğu avtoritar ölkələrdən azad cəmiyyətlərə “beyin köçü” də baş verir.

Axar.az xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli qeyd edib. Onun sözlərinə görə, Rusiya vaxtilə kosmik sahədə lider ölkələrdən biri, hətta son illərə qədər kommersiya uçuşlarında ilk sırada idi, indi isə ABŞ-ın bir özəl şirkətindən geri qalır:

“Bu, həm böyük prestij, həm də ciddi maliyyə itkisidir. Məsələn, 2014-cü ildə Rusiyanın “Proton” daşıyıcı raketinin qiyməti 100 milyon dollar civarında idi. Lakin İlon Maskın yerə dönə bilən və təkrar istifadəyə yarayan “Falcon 9” daşıyıcı raketinin ortaya çıxması Rusiyanın bu bazarda mövqelərini sarsıtdı. Rusiya bazarda qala bilmək üçün “Proton”un qiymətini 70 milyon dollara saldı və daha da aşağı salmağa məcbur olacaq. Çünki sifarişlər azalıb. Qeyri-azad ölkələrin başqa bir bəlası isə korrupsiyadır. Ötən il məlum oldu ki, Rusiyanın raket mühərriki istehsal edən Voronej Mexaniki Zavodunun hazırladığı mühərriklərdə qiymətli metallar əvəzinə daha ucuz materiallardan istifadə edilib və raket qəzaları bu səbəbdən baş verir. Yəni bir xalq çox istedadlı ola bilər, amma sistem fərqi önəmli və həlledicidir”.
Вернуться назад