Главная > dunya > Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb


18-01-2018, 21:28. Разместил: djbaz
Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb
Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb.

Oxu.Az-ın Hurriyet-ə istinadən məlumatına görə, Türkiyə parlamenti Milli Təhlükəsizlik Şurasının məsləhətləri əsasında Nazirlər Kabineti tərəfindən təqdim olunan qanun layihəsini qəbul edib.

Sənədin lehinə hakim “Ədalət və İnkişaf Partiyası” və “Milliyətçi Hərəkat Partiyası” səs verib.

Qanun yanvarın 18-dən 19-a keçən gecə yerli vaxtla saat 01:00 radələrində qüvvəyə minəcək.

Bununla da, Türkiyədə fövqəladə vəziyyət rejimi altıncı dəfə uzadılır.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyul ayından, 15 iyul hadisələrindən sonra tətbiq olunur.
Вернуться назад