Главная > dunya > Ötən il Gürcüstanda 3 min nəfərə vətəndaşlıq verilib

Ötən il Gürcüstanda 3 min nəfərə vətəndaşlıq verilib


10-01-2018, 15:51. Разместил: djbaz
Ötən il Gürcüstanda 3 min nəfərə vətəndaşlıq verilib
Gürcüstan prezidenti 2017-ci ilin yanvar-oktyabr aylarında 3000 nəfərə vətəndaşlıq verib.

APA-nın yerli bürosu Gürcüstanın Ədliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə dövlət başçısına 3097 şəxsin müraciəti təqdim olunub. Onlardan 2363-ü keçmiş sovet respublikalarının vətəndaşlarıdır.

Gürcüstan vətəndaşlığı alan şəxslər arasında İranda yaşayan 79 etnik gürcü də var. Vətəndaşlığın alınmasına imtina cavabı almış 97 nəfərin 70-i Gürcüstanda anadan olub, 27 nəfər isə Gürcüstanın keçmiş vətəndaşı və ya ölkə vətəndaşının ailə üzvü olub.

Hesabatda həmçinin qeyd olunub ki, 2013-2017-ci illərdə sadələşdirilmiş qaydada vətəndaşlığın verilməsi ilə bağlı 544 müraciətə baxılaraq, onlardan 508-i ilə bağlı müsbət rəy hazırlanıb və prezidentə təqdim olunub. Həmin şəxslərin 55-i Gürcüstan, 299-u Azərbaycan, 145-i Özbəkistan, 9-u isə digər ölkələrdə anadan olub.
Вернуться назад