Главная > dunya > Türkiyədə deputat irqçi açıqlamasına görə siyasətdən getdi

Türkiyədə deputat irqçi açıqlamasına görə siyasətdən getdi


10-01-2018, 10:29. Разместил: djbaz
Türkiyədə deputat irqçi açıqlamasına görə siyasətdən getdi
PKK yönümlü HDP-dən olan əski Şırnak millət vəkili Hasip Kaplan patiyadan istefa verdiyini və siyasətdən getdiyini bəyan edib.

Oxu.Az xəbər verir ki, buna səbəb onun irqçi-şovinist ruhlu açıqlaması və həmin açıqlamaya göstərilən sərt təpkilər səbəb olub.

Belə ki, HDP-nin qurultayı öncəsində həmsədrliyə namizədliklə bağlı mesajlar paylaşıb.

Kaplan “HDP qurultayında Demirtaşın yerinə əsla və əsla bir Türk göz dikməsin, mənim acizanə xahişimdir, hər kəs həddini biləcək”, - deyib.

Hasip Kaplanın bu sözlərinə isə tanınmış sənətçi -HDP-li millət vəkili Sırrı Süreyya Önder və HDP-dən təpkilər gəlib.

Bundan sonra Hasip Kaplan bu sabah siyasəti buraxdığını və HDP-dən istefa etdiyini bildirib.
Вернуться назад