Главная > dunya > Səudiyyə təyyarəsi vuruldu - Ər-Riyaddan təkzib

Səudiyyə təyyarəsi vuruldu - Ər-Riyaddan təkzib


8-01-2018, 16:29. Разместил: djbaz
Səudiyyə təyyarəsi vuruldu - Ər-Riyaddan təkzib
Husilər Yəmənin paytaxtı Səna şəhərində Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarəsini məhv ediblər.

Axar.az xəbər verir ki, təyyarə quru-hava tipli raket tərəfindən məhv edilib.

Səudiyyə Ərəbistanı faktı təkzib edərək, təyyarənin texniki səbəblərdən qəzaya uğradığını bildirib.

Qeyd edək ki, ötən gün Yəmənin Saada əyalətində baş verən təyyarə qəzası zamanı rəsmi Ər-Riyad səbəb kimi texniki səbəbləri göstərsə də, husilər təyyarənin vurularaq məhv edildiyini bildirmişdi.
Вернуться назад