Главная > dunya > Rus bazasına hücumu Əsəd rejimi təşkil edib - Şok iddia

Rus bazasına hücumu Əsəd rejimi təşkil edib - Şok iddia


8-01-2018, 11:42. Разместил: djbaz
Rus bazasına hücumu Əsəd rejimi təşkil edib - Şok iddia
Rusiyanın Suriyadakı Hmeymim aviabazasına Əsəd rejiminə bağlı olan qrup hücum edib.

Axar.az xəbər verir ki, bu iddia ilə türkiyəli yazar Taha Dağlı çıxış edib.

“Əgər bazaya hücumu Əl Qaidə etmiş olsaydı, Rusiya bunu ilk gündən ictimaiyyətə açıqlayardı. Bundan əvvəl Hələbdəki rus xəstəxanasına hücum zamanı eyni vəziyyət yaşanmışdı. O zaman Moskva bununla bağlı bütün informasiyaları yayaraq, ABŞ-ı günahkarlandırmışdı. Amma bu dəfə məsələ fərqliydi. Müxaliflərlə Əl Qaidə hücumda heç bir rol oynamamışdılar. Hmeymimdə istifadə edilə raketlərin Rusiya istehsalı olduğu ortaya çıxdı. Onun ən azı 6 kilometrdən atıldığı müəyyən olunub. Yəni hücum yaxın məsafədən gerçəkləşdirilib. Bura isə Rusiya və Əsəd rejiminin nəzarətindədir. O zaman bu hücumun arxasında kimlər var? Ruslar bunun səbəblərini axtardılar və açıqlamanı ona görə də bir neçə gün sonra verdilər. Bu hücumun Əsəd rejiminə yaxın olan və tərkibi Nüseyrilərdən təşkil edilən qrupun həyata keçirdiyi müəyyən edildi. Görünür, Suriya böhranının həllini kimsə Dəməşqin daxilindən əngəlləməyə çalışır”, - deyə o bildirib.
Вернуться назад