» » Mayk Tayson cinsi təcavüzə məruz qalmasından danışdı

Mayk Tayson cinsi təcavüzə məruz qalmasından danışdı

Mayk Tayson cinsi təcavüzə məruz qalmasından danışdı

Amerikalı boksçu, ağır çəki dərəcəsində keçmiş dünya çempionu Mayk Tayson ESPN telekanalına müsahibəsində uşaqlıqda cinsi təcavüzə məruz qalmasından danışıb.

Djb.az-ın Lenta.ru-ya istinadən məlumatına görə, boksçu bildirib ki, tanımadığı kişi onu qaranlıq otağa salıb və təcavüz edib.

Tayson qeyd edib ki, məhz bundan sonra, o boksla məşğul olmaq qərarına gəlib.

“Mən bu barədə əvvəllər heç kimə danışmamışdım. Baş verənlər məni daha güclü eləmədi. Hadisənin həyatıma elə də böyük təsiri olmayıb”, - boksçu deyib.

Tayson tarixin ən tanınmış boksçularından biridir. Onun hesabında 50 qələbə (44 nokautla) və 6 məğlubiyyət var. 1986-cı ildə o, dünyanın ən gənc çempionu olub.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031