» » Azərbaycanlı qızlar İranda cinsi istismara məruz qalırlar

Azərbaycanlı qızlar İranda cinsi istismara məruz qalırlar

  • 1-07-2017, 14:24
  • dunya
  • 165
Azərbaycanlı qızlar İranda cinsi istismara məruz qalırlar
Xəbər verdiyimiz kimi bu günlərdə ABŞ Dövlət Departamenti dünyada insan alverinə qarşı mübarizəyə dair növbəti illik hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın müvafiq strukturlarının insan alverinin qarşısının alınması və insan alveri qurbanlarına yardım sahəsində irəliləyiş əldə etdikləri vurğulanmışdı. Lakin hesabatın İrana aid hissəsindən məlum olur ki, qonşu ölkədə bu sahədə vəziyyət daha ağırdır.
Djb.az Virtualaz.org-a istinadən xəbər verir ki, hesabatın İrana aid hissəsində yoxsul ailələrdən olan qadın və qızların ailələrinə dəstək üçün işləməyə can atması onları insan alverçilərinin qurbanlarına çevirir. Belələrini iş adı altında aldadaraq cinsi istismara məruz qoyurlar, xarici ölkələrə satırlar. Hesabata əsasən İranda 13-17 yaşlı qızlar seks-tacirlərinin daha çox marağını cəlb edir.

Bildirilir ki, İranda 13 yaşına qədər olan qızlar ev qulluqçuları kimi işlədilir, 13 yaşına çatanda isə insan alverçiləri onları cinsi istismar məqsədi ilə satırlar. Hesabatda göstərilir ki, son vaxtlar Dubayda fahişə kimi işləyən gənc iranlı qadınların sayı kəskin artıb, bu da İranda insan alveri sahəsində vəziyyətin pisləşməsi ilə izah oluna bilər.

Dövlət Departamenti habelə bildirir ki, qonşu ölkələrdən də qadınların seksual istismar məqsədi ilə iranlı insan alverçiləri tərəfindən cəlb edilməsi, onların İran üzərindən Fars körfəzinin başqa ölkələrinə satılması halları geniş yayılıb.

“Məlumatlara görə Tehranda, Təbrizdə, Astarada seksual istismar olunan yeniyetmə qızların sayı artmaqdadır. İranda siğə adlanan “müvəqqəti” və ya “qısamüddətli” nikahlar mövcuddur ki, bu “nikahın” müddəti bir saatdan bir həftəyə qədər davam edə bilir. Siğə kommersiya məqsədli seksual istismar üçün tətbiq olunur”-hesabatda deyilir.

Hesabata əsasən İranın Şiraz əyaləti insan alverçilərinin əsas mərkəzidir və Azərbaycandan olan qızlar bu vilayət üzərindən tranzit olaraq Birləşmiş Ərəb Əmirliklərinə kommersiya məqsədli seksual istismar üçün göndərilir.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031